Fransa terroru dünya mətbuatında: “Xristian fanatiklərlə cihadçılar arasında fərq yoxdur”
Bizi izləyin

Dünya

Fransa terroru dünya mətbuatında: “Xristian fanatiklərlə cihadçılar arasında fərq yoxdur”

Fransada baş verən terror aktı və “Charlie Hebdo” satirik jurnalının əməkdaşlarının öldürülməsi ilə bağlı xəbərlər dünyanın ən nüfuzlu mətbu orqanlarının əsas mövzusu olub.

Publika.az ixtisarla bəzi yazıları təqdim edir.

“Le Monde”

Tanınmış filosof Abdennur Bidar “Le Monde” qəzetində terror aktını pisləyərək bunu Fransanın “11 sentyabrı” adlandırıb. Bununla yanaşı, o qeyd edib ki, məhz islam sayəsində Fransada yeni sivilizasiya yaranacaq. Bu sivilizasiya həm Qərbin, həm də Şərqin ən yaxşı ənənələrini birləşdirəcək.

Abdenur vəziyyəti daha da qəlizləşdirən, radikal çıxışlar edən sağ təmayüllü partiyaları tənqid edib.

“The New York Times “

Bu qəzetin yazarı Nikolos Kristof qeyd edib ki, terrorçuların hansı dinə məxsus olmaları vacib deyil. Onun fikrincə, Yuqoslaviyada soyqırım törətmiş xristian fanatiklərlə cihadçılar arasında heç bir fərq yoxdur.

“The Guardian”

Bu nəşrin yazarı Syuzan Mur qeyd edib ki, terror aktı Avropada radikal sağ təmayüllü partiyaların əlinə işləyir. Terrorçularla ən yaxşı mübarizə onları gülüş hədəfinə çevirməkdir.

“The Telegraph”

Jirnalist Den Xojis yazıb ki, Parisdəki terror aktına görə o “Twitter”də Məhəmməd peyğəmbərin karıkaturasını qoymağa qorxub: “Etiraf edək ki, qələm qılınca məğlub oldu”.

İlqar Atabəyli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm