Türkiyə-Suriya sərhədində 1000 tüfəng ələ keçirildi
Bizi izləyin

Dünya

Türkiyə-Suriya sərhədində 1000 tüfəng ələ keçirildi

Türkiyənin Suriya ilə sərhədində min ədəd pnevmatik tüfəng ələ keçirilib.

Publika.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahından bildirilib.

Qeyd edilir ki, 20 şəxsin qaçaqçılığa cəhd etdiyi sərhəddəki qüllə növbətçiləri tərəfindən müəyyənləşdirilib. Hadisə yerinə cəlb olunan Operativ Müdaxilə Briqadası şübhəli şəxslərə “dayan” xəbərdarlığı edib. Naməlum şəxslərin xəbərdarlığa qulaq asmamasından sonra xəbərdarlıq atəşi açılıb.

Bundan sonra isə həmin şəxslər gəldiyi istiqamətə - Suriya tərəfinə qaçmağa məcbur olub. Hadisə yerində aparılan axtarışlar zamanı min ədəd pnevmatik tüfəng və sursat ələ keçrilib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm