Qarnı ağrıdı, həkimə getdi... uşaq doğdu – QƏRİBƏ DÜNYA
Bizi izləyin

Dünya

Qarnı ağrıdı, həkimə getdi... uşaq doğdu – QƏRİBƏ DÜNYA

Qarın ağrısı ilə həkimə gedən qadın bir saat sonra uşaq dünyaya gətirib.

Publika.az-ın xarici mətbuata istinadən verdiyi xəbərə görə, hadisə ABŞ-da baş verib. 23 yaşlı Kropas adlı gənc qadın səhər saatlarında qarın ağrısı ilə xəstəxanaya gedib, hamilə olduğunu öyrənib. O, bir saat sonra 4.5 kiloqram çəkidə, 58 santimetr uzunluğunda qız uşağı dünyaya gətirib. Kropas hamilə olduğunu bilmədiyini deyib.

Gün ərzində qarın ağrısının səbəbini öyrənmək üçün müxtəlif müayinələrdən keçən qadının 40 yaşlı sevgilisi də yanında olub.

Indi bütün xəstəxana işçiləri və xəstələr həmin qadının otağına gəlib onunla şəkil çəkdirir. Korpas xəstəxanadan çıxdıqdan sonra sevgilisi ilə evlənəcəyini deyib.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm