Livanda şiələrin toplaşdığı kafedə 2 İŞİD-çi özünü partladıb
Bizi izləyin

Dünya

Livanda şiələrin toplaşdığı kafedə 2 İŞİD-çi özünü partladıb

Livanın ikinci böyük şəhəri olan Tripoli şəhərində iki kamikadze bir-birinin ardınca özlərini partladıb.

Publika.az-ın “Lebanese National News Agency” saytına istinadən verdiyi məlumata görə, “Omran” adlı kafesində ilk olaraq kamikadzelərdən biri özünü partladıb.

İnsanların hadisə yerinə toplanmasından sonra ikinci kamikadze də üzərindəki partlayışı qurğunu işə salıb. Terror aktı nəticəsində 7 nəfər həlak olub, 20-i yaralanıb. Xəbər agentliyinin hadisə yerində olan əməkdaşı bildirib ki, faciənin baş verdiyi kafe şiələrin toplandığı məkan idi.

Terror aktına görə isə məsuliyyəti “İslam Dövləti” (İŞİD) üzərinə götürüb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm