• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

“Google Maps”da Rusiyanın nəhəng bazası - FOTOLAR

  • Dünya
  • 13 Yanvar 2015 15:13
  • 513 Baxış
“Google Maps”da Rusiyanın nəhəng bazası - FOTOLAR

“ConflictReporter” nəşri “Google Maps”ın yenilənmiş xəritələrində Rusiyanın Ukrayna sərhədindəki böyük hərbi bazasını aşkarlayıb.

Publika.az xəbər verir ki, hərbi bazadan Ukraynanın Donbas hövzəsindəki müharibə üçün hərbi texnika və canlı qüvvənin göndərilməsi məqsədi ilə istifadə olunub.

Nəşrin müəllifi bazanın olduğu ərazini strateji mövqe adlandırıb. Hazırda boşaldılan baza Taqanroqdan 30 kilometr şərqdə, Rostov-Dondan isə 23 kilometr şimali-qərbdədir. Baza əsas hərbi obyektlərə, aeroportlara və ərzaq bazalarına yaxın yerləşir. Ekspertlər Şərqi Ukraynanın əsas məntəqələri olan Donetsk, Luqansk və Mariupola yaxınlığı, eyni zamanda sürətli hücum və geri çəkilmə baxımından bazanın strateji nöqtədə yerləşdiyini bildiriblər.

Məqalə müəllifinin sözlərinə görə, bazanın ölçüləri böyükdür. Bazanın uzunluğu 10, eni isə 6 kilometrdir. Baza hazırda boşaldılıb. Amma burada hərbi güclərin fəallığı 2014-cü ilin iyun ayında müşahidə olunub. Bazanın boşaldılması səbəbinə gəlincə, məqalənin müəllifi güman edir ki, texnika və canlı qüvvə Ukraynaya göndərilib.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR