• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Kreml yeni silahlanma yarışını elan etdi

  • Dünya
  • 14 Yanvar 2015 17:27
  • 407 Baxış
Kreml yeni silahlanma yarışını elan etdi

Kreml Rusiya ordusunun yenidən silahlanma üzrə genişmiqyaslı proqramın icrası və yeni müdafiə planının yaradılmasının başlandığını elan edib.

Publika.az RİA agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiyanın müdafiə naziri Sergey Şoyqu bildirib.

Silahlanma və müdafiə planları 2016-2020-ci illəri əhatə edəcək. 2015-ci ildə isə Rusiya ordusunun arsenalına xeyli miqdarda yeni hərbi texnika daxil edilməli, həmçinin nüvə zərbəsinin endirilməsi barədə öncədən xəbərdarlıq edən radarların işə salınması gücləndirilməlidir. Yeni silahlanma proqramının həyata keçirilməsi ilə əlaqədar ordunun silah və hərbi texnika arsenalının 70 faizə qədəri yenilənəcək.

Kremlin planlarına əsasən, Rusiya ordusu 2015-ci ildə təxminən 700 zirehli avtomobil, 1550 müxtəlif avtomobil, 126 təyyarə və 88 vertolyot, 100 ədəd “İskəndər-M” zenit-raket kompleksi, iki çoxməqsədli sualtı qayıq və beş hərbi gəmi almalıdır. Yeni hərbi texnikanın miqdarı Çexiya, Bolqarıstan, Norveç və ya Finlandiya kimi ölkələrin ordularındakı ümumi hərbi texnikanın sayı ilə müqayisə edilə bilər.

Qeyd edək ki, Rusiya ordusunun komandanlığı “İskəndər-M” zenit-raket komplekslərinə ABŞ-ın Avropada qurduğu raket əleyhinə müdafiə sisteminə “assimetrik cavab” vasitəsi kimi baxır. Kremlin planına görə, qlobal müharibənin başlanacağı halda, bu taktik raket kompleksləri ABŞ-ın sözügedən sistemlərinə zərbə vurmalıdır.

Rusiya Kalininqrad vilayəti ilə Krasnodar bölgəsində yerləşdirilən “Voronej-DM” tipli müasir radiolokasiya stansiyalarına xüsusi əhəmiyyət verir. Bu stansiyalar Kremlin nüvə güclərinin döyüş hazırlığının ən əhəmiyyətli hissəsi hesab edilir.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR