Ukrayna ordusu Donetsk aeroportunu itirdi- VİDEO
Bizi izləyin

Dünya

Ukrayna ordusu Donetsk aeroportunu itirdi- VİDEO

Ukraynanın “Azov" könüllü batalyonu Ukrayna hərbçilərinin Donetsk aeroportunu tərk etməsi barədə informasiyanı təsdiqləyib.

Publika.az-ın “unian.net” saytına istinadən xəbər verir ki, bu barədə batalyonun sosial şəbəkədəki səhifəsində deyilir.

“Məlum oldu ki, Donetsk aeroportunu müdafiə edən Ukrayna döyüşçüləri onu verməyə məcbur olub. Aeroport bir il əvvəl çox gözəl və müasir idi. Qəhrəmancasına müdafiənin epopeyası 242 gün davam etdi. Bu, Böyük Vətən müharibəsi illərində Stalinqrad və Moskvanın müdafiəsindən uzun müddətdir”, - “Azov” batalyonunun xəbərində qeyd olunub.

Bundan əvvəl isə jurnalist Yuri Butusov aeroportun tamamilə dağıdıldığını və Ukrayna hərbi qulluqçularının oranı tərk etdiyini xəbər verib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm