Atatürkün məxfi saxlanılan FOTOLARI
Bizi izləyin

Dünya

Atatürkün məxfi saxlanılan FOTOLARI

Türkiyə Cümhuriyyətinin ilk prezidenti və qurucusu, marşal Mustafa Kamal Atatürkün ölümündən əvvəl son səfərindən çəkilmiş müasir formatlı fotoları yayımlanıb.

Publika.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, bu fotolar indiyədək Türkiyənin Dövlət Arxivindəki məxfi sənədlər siyahısında saxlanılıb.

Yayılan sənədlər arasında Mustafa Kamal Atatürkün mənəvi qızı Afet İnan ilə “Acar Motor” yaxtasında çəkilən fotoları da var. Bundan əlavə, fotolarda Atatürkün seroz xəstəliyindən əziyyət çəkməsi təbəssümündən də hiss olunur.

Türkiyə mətbuatı Atatürkün dəfn mərasimindən çəkilən fotoları da dərc edib.

Xatırladaq ki, Mustafa Kamal Atatürk 1938-ci il noyabrın 10-da saat 09:05-də seroz xəstəliyindən İstanbuldakı Dolmabağça sarayında vəfat edib. Cənazəsi həmin il noyabrın 21-də müvəqqəti olaraq Ankara Etnoqrafiya Muzeyində dəfn edilib, mavzoley tikildikdən sonra 1953-cü il noyabrın 10-da oraya köçürülüb.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm