• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Ukrayna Rusiyanı təcavüzkar ölkə kimi tanıdı

  • Dünya
  • 27 Yanvar 2015 16:22
  • 440 Baxış
Ukrayna Rusiyanı təcavüzkar ölkə kimi tanıdı

Ukraynanın Ali Radası Rusiyanı təcavüzkar ölkə kimi tanıyıb.

Publika.az-ın “unian.net” saytına istinadən verdiyi məlumata görə, Ali Radanın bugünkü iclasında bununla bağlı bəyanat qəbul edilib.

Bəyanata iclasda qeydiyyatdan keçən 289 deputatdan 271-i səs verib.

Ukraynanın qanunverici orqanı xarici dövlətlərin parlamentlərini və beynəlxalq təşkilatları da eyni addımı atmağa çağırıb: “Ali Rada Rusiya Federasiyasını təcavüzkar dövlət kimi tanıyır və beynəlxalq partnyorları Rusiyanın bəşəriyyətə qarşı törətdiyi cinayətləri cəzasız qoymamağa çağırır”.

Bəyanatda qeyd olunub ki, Rusiya terrorizmi dəstəkləyir və BMT Təhlükəsizlik Şurasının fəaliyyətinə mane olur, beynəlxalq sülh və təhlükəsizliyi təhlükə altına alır. Həmçinin hesab edilir ki, Ukraynanın partnyorları Donetsk və Luqansk “xalq respublikaları”nı terrorçu təşkilatlar kimi tanımalıdır.

Bundan başqa, Ali Rada beynəlxalq birlikdən yeni sanksiyaların tətbiq yolu ilə Rusiyaya təzyiqi gücləndirməyi xahiş edir.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR