Ərdoğandan Fətullah Gülənə yeni ittiham
Bizi izləyin

Dünya

Ərdoğandan Fətullah Gülənə yeni ittiham

Türkiyə prezidenti Gülən camaatınının fəaliyyəti ilə bağlı yeni iddia irəli sürüb.

ANS PRESS-in məlumatına görə, türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “parallel hökumət” olaraq adlandırdığı Fəthullah Gülən camaatını İsrailin xarici kəşfiyyat servisi MOSSAD-la işbirliyi qurmaqda ittiham edib.

O, paralel hökumətin təkcə ona yox, bütövlükdə Türkiyənin milli təhlükəsizliyinə təsir etdiyini vurğulayıb.

“Telefonların dinlənməsi axı nə deməkdir? MİT (Milli Kəşfiyyat İdarəsi) TIR-larının fotoşəkillərini çəkərək dünya mediasında dərc etmək, yayımlamaq nə deməkdir? Bunlar milli deyillər. Bunlarla iş görənlər tezliklə peşman olacaqlar. Kim bunlara qarşı mövqeyini göstərməsə, ölkəsinə, vicdanına, dininə haqsızlıq etmiş olacaq. Əgər paralel hökumətin hələ də MOSSAD-la eyni işi tutduğu görülmürsə, təəssüflər olsun” – deyə R.T.Ərdoğan bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm