Birləşmiş Ərəb Əmirlikləri İŞİD-ə qarşı koalisiyanı tərk etdi
Bizi izləyin

Dünya

Birləşmiş Ərəb Əmirlikləri İŞİD-ə qarşı koalisiyanı tərk etdi

Birləşmiş Ərəb Əmirlikləri İordaniya pilotunun cihadçlılar tərəfindən diri-diri yandırılmasının ardınca Suriyada İslam Dövlətinə qarşı hava zərbələri kampaniyasından çıxıb.

Publika.az-ın məlumatına görə, buna səbəb əsir düşən pilotlarlın xilasına dair heç bir taktiki proqramın olmamasıdır.

“The New York Times” qəzeti yazır ki, İordaniya pilotunun edamından sarsılan BƏR Birləşmiş Ştatlardan pilotların axtarış-xilasetmə işinin yaxşılaşdırılmasını tələb edib. Belə xilasetmə V-22 Osprey təyyarələrinin iştirakını tələb edir.

Birləşmiş Ərəb Əmirlikləri həmçinin İranın İD-ə qarşı kampaniyada geniş iştirakına imkan yaradılmasından narazıdır.

ABŞ onun İD-ə qarşı hava reydlərində dörd ərəb müttəfiqindən birinin kampaniyadan çıxdığını təsdiq edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm