90 yaşlı prezident tirtap oldu - FOTO
Bizi izləyin

Dünya

90 yaşlı prezident tirtap oldu - FOTO

Zimbabve Respublikasının prezidenti Robert Muqabe xoşagəlməz vəziyyətlə üzləşib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, 90 yaşlı dövlət başçısı paytaxt Harare hava limanında etdiyi bir çıxışdan sonra pilləkənlərdən enərkən yıxılıb.

Fevralın 21-də 91-ci ad gününü qeyd edəcək Zimbabve lideri mühafizəçilər və köməkçilərinin köməyi ilə yerdən qalxaraq avtomobilə əyləşib. Dövlət başçısı Efiopiya səfərindən qayıdırmış.

Qeyd edək ki, Muqabe ötən ilin avqustunda yeddinci dəfə Zimbabvenin prezidenti seçilib. O, 1987-ci ildən ölkəyə rəhbərlik edir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm