Dünya
Tayvan təyyarəsinin qəza səbəbi açıqlandı
Fevralın 4-də Tayvanın paytaxtı Taybeydə havaya qalxan zaman qəzaya uğrayan təyyarənin hər iki mühərriki sıradan çıxıb.
Publika.az-ın məlumatına görə, bu barədə ATR-72-600 tipli
təyyarənin “qara qutu”larını araşdıran istintaqın nümayəndələri
məlumat veriblər. Məlumatda pilotların təyyarənin yaşayış massivinə
və ticarət mərkəzinə düşməsinin qarşısını almaq üçün əllərindən
gələni etdikləri də qeyd olunur.
Son məlumatlara əsasən hadisə zamanı ölənlərin sayı 35 nəfərə
çatıb, daha 8 nəfər isə itkin düşmüş sayılır.
Qeyd edək ki, göyərtəsində 53 sərnişin və 5 ekipaj üzvünün olduğu
"TransAsia Airways" şirkətinə məxsus ATR-72-600 təyyarəsi Taybeydən
Tzinmen arxipelaqına daxili uçuş həyata keçirirmiş. Təyyarə havaya
qalxdıqdan dərhal sonra pilotlar üç dəfə həyəcan siqnalı veriblər.
Bundan sonra estakadaya və onun üzərindən keçən taksi avtomobilinə
toxunan təyyarə çaya düşüb.
-
Sosial15:20
Əməkhaqqı ilə bağlı mühüm dəyişiklik - İyulun 1-dək...
-
Rəsmi xronika14:41
Prezident və birinci xanım Şuşada
-
Dünya14:12
Cəlal Şəngördən şok iddia: Türkiyə bu ölkə ilə birləşəcək
-
Dünya13:52
20 ildən sonra ilk dəfə xəbərdarlıq edildi - Bu gün başlayır, çox təhlükəlidir...
-
İqtisadi gündəm13:27
Türkiyə gündəmi silkələndi: Ərdoğanın vəzifədən azad etdiyi xanım qayıdır
-
Hadisə12:42
Azərbaycanda iki tələbə faciəli şəkildə öldü
-
Nida Xəbər 11:46
Baqrat impiçment başlatdı: Nikol gedir, yoxsa...
-
Ekologiya11:31
Bu ölkə böyük təhlükə ilə üz-üzədir: qarşısı alınmasa...