Dünya
Ermənistanda yenə ara qarışdı - VİDEO
Ermənistanda naməlum şəxslər tərəfindən amansızcasına döyülən vətəndaş cəmiyyətinin fəalı Artak Xaçatryana dəstək olaraq polis binası qarşısında etiraz aksiyası keçirilib.
Publika.az Ermənistanın news.am saytına istinadən xəbər verir ki, aksiya iştirakçıları daha əvvəl hökumət binası qarşısında nümayiş keçiriblər.
Onlar hakimiyyətdən “Otmena” hərəkatının və Çiçəklənən Ermənistan Partiyasının siyasi şurasının üzvü A.Xaçatryana qarşı zorakılığın araşdırılmasını tələb ediblər.
Qeyd edək ki, şənbə günü üç maskalı şəxs A.Xaçatryana hücum edərək onu döyüb. Daha sonra qara avtomobilə oturdaraq naməlum istiqamətə aparıblar. Qardaşı Artyom Xaçatryanın sözlərinə görə, şənbə günü axşam onu döyülmüş və huşunu itirmiş vəziyyətdə mənzilinin qapısında tapıblar.
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin126 Aprel 21:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə26 Aprel 21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin126 Aprel 20:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya26 Aprel 19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi