Dünya
Türkiyədə iqtisadi risklərin azaldılması üzrə tədbirlər paketi
Türkiyə Mərkəzi Bankı ölkədə iqtisadi risklərin azaldılması üzrə yeni tədbirlər paketi hazırlayır. Bu barədə Mərkəzi Bankın rəhbəri Erdem Başçı bəyan edib. Trend-in məlumatına görə, xəbəri bazar ertəsi Türkiyənin "Sabah" qəzeti yayıb.
Mərkəzi Bank rəhbərinin sözlərinə görə, eləcə də türk lirəsinin məzənnəsinin azalmasının qarşını almaq məqsədilə xüsusi fəaliyyət planı da hazırlanır.
Türkiyə Mərkəzi Bankının milli valyutanın gələcəkdə ucuzlaşmasını dayandırmaq məqsədilə göstərdiyi cəhdlərdən sonra bir ABŞ dollarının türk lirəsinə nisbətdə məzənnəsi 2,1845 lirəyədək aşağı düşüb.Türkiyə Mərkəzi Bankı yanvarın 28-də milli valyutanın məzənnəsinin ucuzlaşmasını dayandırmaq üçün üç əsas faiz dərəcələrini artırıb.
Məlumata görə, həftəlik REPO-nun dərəcəsi 4,5 faizdən 10 faizədək artırılıb. Bundan əlavə, Türkiyə Mərkəzi Bankı kreditlər üzrə faiz dərəcələrini 7,75 faizdən 12 faizədək, depozitlər üzrə isə 3,5 faizdən səkkiz faizədək artırıb.
Bundan əvvəl, ölkənin Mərkəzi Bankı türk lirəsinin mıəzənnəsinin sabit saxlanması üçün iki milyard dolların intervensiyasının həyata keçirmişdi, lakin bu cəhd uğursuz olmuşdu.Hazırda Rusiyada, Qazaxıstanda [Milli Bankın tengenin dollara nisbətdə məzənnəsinin dəstəkləməsindən imtina etməsindən sonra], eləcə də Latın Amerikası ölkələrində dolların məzənnəsində artım müşahidə olunur.
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR - VİDEO