Ukraynanın 17 könüllü batalyonu “Baş qərargah” yaratdı
Bizi izləyin

Dünya

Ukraynanın 17 könüllü batalyonu “Baş qərargah” yaratdı

Ukraynanın 17 könüllü batalyonu hərəkətlərinin koordinasiyası üçün Birləşmiş qərargah yaradıblar.

Publika.az “unian.net” saytına istinadən xəbər verir ki, bu barədə “Facebook” səhifəsində “Donbas” batalyonunun komandiri, xalq deputatı Semyon Semençenko yazıb.

“Siz (Pyotr Poroşenko – red.) deyirsiniz ki, müharibədə birləşmək və bir yerdə olmaq lazımdır. Biz bunu etdik – 17 könüllü batalyon hərəkətlərin koordinasiyası, bir-birinə və Sizə kömək üçün Birləşmiş qərargah yaratdılar”, - Semençenko bildirib.

Xatırladaq ki, bir müddət əvvəl “Sağ sektor”un rəhbəri Dmitri Yaroş “paralel Baş qərargah”ın yaradılması təklifi ilə çıxış etmişdi.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm