Əş-Şəbab üç ölkəni təhdid etdi
Bizi izləyin

Dünya

Əş-Şəbab üç ölkəni təhdid etdi

ABŞ Daxili Təhlükəsizlik naziri Cak Conson amerikalıları qərb ölkələrində alış-veriş mərkəzlərində hücumlar təşkil edəcəyini bildirən Əş-Şəbab qruplaşmasına qarşı daha ehtiyatlı olmağa çağırıb.

Publika.az xəbər verir ki nazir, Somaliislamçılarının təhdidlərini ciddi qəbul etdiyini deyib.

Əş-Şəbabın İnternetdə yayımlanmış videoyazısında tərəfdarlar ABŞ, Kanada və Britaniyadayəhudi və amerikalılara aid alış-veriş mərkəzlərinə hücuma çağırılıb.

O xüsusilə, Minnesotadakı Mall of America, Kanadada West Edmonton Mall, Londondakı mərkəz Oxford city küçəsindəki və iki Westfield alış-veriş mərkəzlərinin adını çəkib.

2013-cü ildə əş-Şəbab üsyançılarının Nayrobidə Westgate mərkəzinə hücumu nəticəsində 67 nəfər həlak olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm