• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

O prezidentin keçmiş kürəkəni özünü asdı

  • Dünya
  • 24 Fevral 2015 13:16
  • 442 Baxış
O prezidentin keçmiş kürəkəni özünü asdı

Qazaxıstan prezidenti Nursultan Nazarbayevin keçmiş kürəkəni Rahat Əliyev Avstriya həbsxanasında ölü tapılıb.

Publika.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, Avstriya məhkəməsinin nümayəndəsi ilkin versiyanın intihar olduğunu bildirib.

Avstriyanın “Kurier” nəşrinin məlumatına görə, Əliyev kamerada asılmış halda tapılıb. Onun vəkili isə intihar versiyasından şübhələnir. O bildirib ki, Əliyev bu günlərdə birnəfərlik kameradan üçnəfərlik kameraya köçürülüb.

Avstriya məhkəməsi Rahat Əliyevə 2007-ci ildə Avstriyada iki bankirin qətlə yetirilməsi ilə bağlı ittiham irəli sürüb. Bankirlər 2007-ci ildə itiblər, dörd il sonra onların cəsədləri aşkar edilib.

Qazaxıstanda da Əliyev barəsində analoji iş üzrə cinayət işi qaldırılıb. Qazaxıstan məhkəməsi 2008-ci ildə onun 20 il azadlıqdan məhrum edilməsi barədə qiyabi hökm çıxarıb. Astana Əliyevin ekstradisiyası ilə bağlı Avstriya hökumətinə iki dəfə sorğu göndərsə də, Vyanadan rədd cavabı alıb. Avstriya hesab edir ki, vətənində Əliyev barəsində ədalətli məhkəmə təhqiqatı aparılmayacaq.

Qeyd edək ki, Rahat Əliyev 2008-ci ilə qədər Nazarbayevin böyük qızı ilə evli olub. O, güc strukturlarının rəhbərliyində və prezidentin mühafizə xidmətində işləyirdi. Keçmiş kürəkən Qazaxıstanın Avstriyadakı səfiri vəzifəsini də tutub.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR