• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

“Bu planı Rusiya Baş Kəşfiyyat İdarəsi hazırlayıb” - İDDİA

  • Dünya
  • 28 Fevral 2015 08:26
  • 1 295 Baxış
“Bu planı Rusiya Baş Kəşfiyyat İdarəsi hazırlayıb” - İDDİA

“Bu planın tərtib edilməsində ehtimal ki, Rusiya silahlı qüvvələrin Baş qərargahı nəzdində Baş Kəşfiyyat İdarəsinin zabitləri və ya xarici kəşfiyyat xidmətləri iştirak ediblər”.

Publika.az xəbər verir ki, bu sözləri Ukrayna mediasına açıqlamasında bu ölkənin Təhlükəsizlik Xidmətinin sabiq sədr müavini Aleksandr Skipalski Krım və Donbas hövsəsinin tutulması planları barədə Rusiya mediasında gedən yazıları şərh edərkən deyib.

Qeyd edək ki, Rusiyanın “Novaya Qazeta” internet nəşri 2014-cü il 4-12 fevral tarixlərində Kremldə keçirilən gizli görüşlərin detallarını dərc edib. Qəzet Rusiya hökumətinin Ukrayna böhranını nəzərdə tutan 7 mərhələli “yol xəritəsi” hazırladığını yazıb.

Rusiya nəşri qeyd edir ki, “yol xəritəsi” Moskvanın Ukraynanın daxili işlərinə birbaşa olaraq qarışdığını göstərən əsas dəlildir. Plan hələ Kiyevdə Maydan hadisələrinin başlanmasının ilk günlərində masa üzərində olub. Plana görə, Rusiya rəhbərliyi Viktor Yanukoviçin uzun müddət vəzifəsində qala bilməyəcəyini nəzərdə tutub. Yanukoviçin Rusiyaya sığınacağı belə plana salınıb. Planda Krımın Rusiyaya birləşdirilməsi və Ukraynanın şərq regionlarında separatizm hərəkatına başlanılması yer alıb.

Aleksandr Skipalski hesab edir ki, sənədin reallığa yaxınlıq ehtimalı 80 faizdən yuxarıdır. Onun fikrincə, belə analitik sənədi yalnız birinci dərəcəli peşəkarlar hazırlaya bilərdi.

Ukraynalı general əlavə edir ki, Rusiya KİV-ində gedən sənəd son deyil. O, sözügedən planın Krım və Ukraynanın şərqinin tutulması üzrə ildırımsürətli planın tərtib edilməsində əsas olduğunu deyib.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR