Dünya
Qadın deputat parlamentdə soyundu - FOTOLAR
Belçika parlamentinin qadın deputatının çəkdirdiyi fotolar hər kəsin diqqətini cəlb edib.
ANS PRESS-in məlumatına görə, türk əsilli Zuhal Dəmir Belçika
Federal Məclisinin üzvüdür.
Qadın deputat "P-Magazine" jurnalının üz qabığına çəkilib. "Yeni
Flaman İttifaqı" (N-VA) üzvü olan 35 yaşlı Dəmirin diqqət mərkəzinə
düşməsinə səbəb isə geyindiyi açıq-saçıq geyimləri olub. Ən
maraqlısı isə odur ki, fotolar parlamentin müxtəlif məkanlarında
çəkilib.
"P-Magazine" jurnalında ilk dəfə bir siyasi xadim üz qabığına
çəkildiyi üçün bu həm də tarixi jurnaldır. Jurnalın anonsu
"parlamentin gerçək bombası" kimi verilib.
Qadın deputat özü fotoları ilə bağlı açıqlamasında stereotipləri
yıxmaqla bağlı problemi olmadığını deyib. "Bunu etməyə cəsarət edən
ilk insanam. Hər kəs mənim kim olduğumu və mövqeyimi bilir. Bu
hekayənin məni izləyəcəyini düşünmürəm. Müsbət reaksiyalar
alıram".
Federal Məclisin sədri də dərin dekolteli fotoların parlament binasında çəkilməsinin hər hansı problem yaratmadığını deyib.
-
Magazin123:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin121:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin120:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi