Müfti fətva verdi, ölkə qarışdı
Bizi izləyin

Dünya

Müfti fətva verdi, ölkə qarışdı

Publika.Az "Azadlıq radiosu"na istinadən xəbər verir ki, Qırğızıstan müftisi Hacı Maksat Toktomuşevin cinsi azlıqlarla bağlı verdiyi fətva bəzi hüquq müdafiəçilərinin ciddi narazılığına səbəb olub.

FƏTVADA NƏ DEYİLİRDİ?

Ruhani İdarəsinin saytında yerləşdirilən fətvada Məhəmməd Peyğəmbərlə bağlı hədisdən də sitatlar gətirilir. Hədisdə dini mətnlərdə öz həmcinsləri və heyvanlarla cinsi əlaqədə olan Lut qəbiləsindən söz açılır və Qurana istinadən həm bu işi görənləri, həm də görüləni öldürün çağırışı səsləndirilir. Fətvanın sonunda isə bildirilir ki, bütün bunları nəzərə alan müsəlmanlar gərək homoseksuallardan uzaq dursunlar və Allahın buyurduğu kimi yaşasınlar.


FƏTVAYLA BAĞLI DƏYİRMİ MASA

Bu fətva ilə bağlı keçirilən dəyirmi masaya qatılan Qırğızıstanın keçmiş ədliyyə naziri Marat Kayipov deyir ki, əslində hər hansı dini liderlər başqaları kimi öz fikirlərini çatdırmaqda sərbəstdirlər, sadəcə dedikləri sözlərin cəmiyyətə təsirini də öncədən düşünsələr yaxşı olardı.Hüquq-müdafiəçilərindən Tolekan Ismailova isə bu fətvanın brbaşa zorkaılığa çağırış olduğunu, Konstitusiyanı pozduğunu deyir və prokurorluğun müdaxiləsini tələb edib.

Ruhani İdarəsindən Fətva Departamentinin rəhbəri Hacı Jorobay Şerqaziyev isə fətvanın kimsəni zorakılığa çağırmadığını, sadəcə xatırlatma xarakterli olduğunda israr edir.O deyir ki, “Biz İslamın tələblərini hər kəsin diqqətinə çatdırırıq, amma bundan sonra homoseksualları sevib-sevməmək onların öz şəxsi işidir”.


FƏTVA İNTERNETDƏN YOXA ÇIXDI

Müfti müftisi Maksat Toktomuşev özü də verdiyi açıqlamada fətvada sözükeçən hadisənin qədim dövrlərə aid olduğunu və “öldürün” kəlməsinin də bəyanatın sözləri yox, həmin hekayətin bir hissəsi olduğunu vurğulayıb. Ancaq maraqlıdır ki, bu müzakirələrdən sonra Müftinin fətvası internetdən yığışdırılıb.


"CİNSİ AZLIQLARI POLİS TƏQİB EDİR" İDDİALARI

Sözügedən fətvadan öncə, yanvar ayında Human Rights Watch təşkilatı Qırğızıstanda polisin homoseksualları mütəmadi olaraq təqib elədiyini, haqsız həbs eləməsi, işgəncə verməsi və bezdirməsi ilə bağlı 65 səhifəlik hesabat yaymışdı. Hesabatda deyilirdi ki, onsuz da homoseksuallar bu ölkədə cəmiyyətin önyarğıları ilə qarşı-qarşıyadırlar, qorxu içində yaşayırlar. Polis isə təqibləri ilə onların yaşamını kabusa çevirir.

Daxili İşlər Nazirliyi hesabatdakı fikirlərin böhtan və əsassız adlandırıb. Qırğızıstanda 1998-ci ildə qəbul olunan qanunlarla, homoseksuallıq cinayət məcəlləsindən cinayət olaraq çıxarılıb.

İsmayıl

Oxumağa davam et
Reklam
Reklam

Gündəm