Liviyada çirkin ssenari: ölkədə İŞİD yoxdur
Bizi izləyin

Dünya

Liviyada çirkin ssenari: ölkədə İŞİD yoxdur

“Liviyada İŞİD yoxdur, bu bir ssenaridir. Qarşı tərəf mübarizəni uduzub. BMT-dən silah almaq və dünyanı bizə qarşı hərəkətə keçirmək üçün çalışırlar”.

Publika.az xəbər verir ki, belə bir iddia ilə ölkənin qərbini idarə edən Tripoli hökumətinin hərbçiləri çıxış edib.

Tripoli hökumətinin hərbçiləri bildirir ki, Misir prezidenti Abdulfəttah Əl-Sisi ilə Tripoli hökumətinə qarşı çıxan Xəlifə Hafter arasında çirkin əməkdaşlıq qurulub. Hafterə qarşı döyüşən birliklərin komandiri hesab edir ki, İŞİD bəhanəsi ilə ölkəni xarici müdaxilə üçün açıq vəziyyətə gətirmək istəyirlər.

"Liviyada İŞİD yoxdur, bu bir ssenaridir. Hazırda Birləşmiş Millətlər Təşkilatından silah almaq və dünyanı bizə qarşı qaldırmaq üçün çalışırlar. Mən əminəm ki, bu ölkədə İŞİD yoxdur. Qəddafi rejiminin qalıqları, narkotik qaçaqmalçıları və çöllərdə yaşayan bəzi qruplara İŞİD paltarı geyindirilərək Liviyada terror təşkilatı olduğu ilə bağlı təəssürat yaradırlar. Bununla da əsl hədəfdən diqqətləri yayındırmaq istəyirlər. Prioritetimiz Xəlifə Hafterə qarşı döyüşməkdir. Bu döyüş başa çatdıqdan sonra, əgər İŞİD varsa, onunla döyüşərik. O zaman əminəm ki, bütün Liviya xalqı bizimlə birlikdə mübarizə aparacaq”, - Tripoli hökumətinin hərbçilərindən biri deyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm