Dünya
Sarkisyan müxalifətə qarşı dövlət terroruna başlayıb – BƏYANAT
“Ermənistanın mövcud Konstitusiyasından imtina və parlament idarə üsuluna keçid üzrə Ermənistan prezidenti Serj Sarkisyanın təşəbbüsünün yalnız bir hədəfi var: şəxsi hakimiyyətin uzadılmasına imkan verməyən Konstitusiya qadağasının aradan qaldırılması”.
Publika.az Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə Erməni Milli Konqresinin bəyanatında deyilir.
“Serj Sarkisyan bu hədəfinə çatmaq üçün 12 fevraldan müxalifətə qarşı dövlət terroruna başlayıb. Xüsusi halda bəzi siyasətçilərə siyasətlə məşğul olmaq qadağandır və mitinqlər qadağan edilib”, - bəyanatda bildirilir.
Qeyd edək ki, Ermənistan mediası son vaxtlar ölkədə siyasi fəallara qarşı təzyiqlərin artdığını yazır. Sarkisyan müxalifətdəki ən güclü rəqibi olan “Çiçəklənən Ermənistan” partiyasının lideri Qaqik Sarukyanı neytrallaşdırmaq üçün partiyanın funksionerlərinə qarşı təzyiqlərə başlayıb. Partiya üzvləri müxtəlif bəhanələrlə həbs olunub. Qaqik Sarukyanın özünə isə onun müəssisələrində yoxlamaların aparılacağı barədə xəbərdarlıq edilib. İki gün əvvəl isə erməni oliqarxı partiyanın lideri vəzifəsindən istefa verib.
Qafqaz İnstitutunun rəhbəri, politoloq Aleksandr İskandaryan deyib ki, Qaqik Sarukyanın təxminən 10 il bundan əvvəl təsis etdiyi partiyanın sədri vəzifəsini tərk etməsi “Çiçəklənən Ermənistan”ın və erməni müxalifətinin iflasına səbəb olacaq.
Ömər Dağlı
-
Hadisə05:15
Begemotlar turistlərə hücum etdi - Anbaan video
-
Avropa04:44
Keçmiş arvadını və qızını öldürən şəxs Almaniyada SAXLANILDI
-
Magazin101:30
Azərbaycan “Avroviziya-2024”ün finalına keçə bilmədi
-
Magazin100:30
Fahree və İlkinin “Avroviziya”dakı çıxışı - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: axşam saatlarında travma təhlükəsi var
-
İdman00:00
"Bayern"in baş məşqçi postuna yeni namizəd BƏLLİ OLDU - FOTO
-
Kriminal7 May 23:48
Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib QANINI TÖKDÜ
-
İKT7 May 23:24
İki qurum əhaliyə XƏBƏRDARLIQ ETDİ - FOTO