Türkiyə Krıma müşahidəçi göndərəcək
Bizi izləyin

Dünya

Türkiyə Krıma müşahidəçi göndərəcək

“Krımdakı türkcə danışan tatarlar təzyiq altındadır”.

Publika.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Rusiyanın ilhaq etdiyi Krımda tatardilli mətbuat orqanlarının qapadılmasını şərh edərkən deyib. O aprelin 3-də Litvada jurnalistlərə verdiyi açıqlamada bildirib ki, Türkiyə tezliklə Krımda pozulan insan haqlarını müşahidə etmək üçün nümayəndə göndərəcək.

Ankara Krımın ilhaqına görə qərbin Rusiyaya tətbiq etdiyi sanksiyalara qoşulmayıb. Lakin, Çavuşoğlu bildirib ki, Türkiyə heç vaxt qeyri-qanuni ilhaqı tanımayacaq.

Qeyd edək ki, aprelin 1-də Krımda ATR TV, QHA xəbər agentliyi, Avdet qəzeti, Meydan FM radio stansiyası da daxil olmaqla bir neçə tatar dilli media orqanı bağlanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm