ASALA-dan dünyaya Çanaqqala təhdidi: CAVAB VERƏCƏYİK
Bizi izləyin

Dünya

ASALA-dan dünyaya Çanaqqala təhdidi: CAVAB VERƏCƏYİK

Erməni terror təşkilatı ASALA Türkiyədə 24 apreldə keçiriləcək Çanaqqala zəfərinin 100-cü ildönümü mərasimlərinə dəvət olunan xarici ölkələri təhdid edib.

Axar.az xəbər verir ki, terror təşkilatı xarici ölkələrdəki türk səfirlikləri, konsulluqları və turizm nümayəndəliklərinə elektron məktublar göndərərək proqramların ləğv edilməsini tələb edib.

Məktublarda Çanaqqala tədbirlərinə qatılacaq ölkələrin “soyqırım törədənləri təşviq etmə günahını işləmiş” olacaqları bildirilib.

Terror təşkilatı tədbirlərin baş tutması halında lazımınca cavab verəcəklərini bildirib.

Qeyd edək ki, Türkiyədə 24 apreldə Çanaqqala zəfərinin 100-cü ildönümü anım tədbirləri baş tutacaq. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tədbirlərə bir çox xarici ölkənin liderlərini dəvət edib. Ermənistan rəhbərliyi isə bu tədbirlərə kölgə salmaq üçün var gücü ilə çalışır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm