İŞİD Türkiyə sərhədində 46 nəfəri öldürdü
Bizi izləyin

Dünya

İŞİD Türkiyə sərhədində 46 nəfəri öldürdü

İŞİD terror təşkilatı Hələb vilayətinin şimalında, Horan Klis bölgəsində Şam Cəbhəsinə (“Cephetu'ş Şamiyye”) aid iki qərargaha bomba yüklü avtomobillərlə hücum edib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, intihar hücumlarında 38 nəfər ölüb, 15-i yaralanıb.

Daha bir hücum isə Şam Cəbhəsinin Mari mahalındakı qərargahına edilib. Bu hücumda 2-si yüksək rütbəli zabit olmaqla, 8 hərbçi ölüb, 15-dən çoxu yaralanıb.

Məlumata görə, İŞİD Hələbin Mari mahalı ilə Horan Klis bölgəsinə ağır silahlarla hücumları gücləndirib. Terror təşkilatı Kobanidən çəkdiyi güclərini Hələbin şimalında müxalifətin nəzarətində olan bölgələrə göndərib. Qeyd edək ki, sözügedən ərazilər Türkiyə sərhədinə yaxındır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm