Kanada hərbçilərini Ukraynaya göndərir
Bizi izləyin

Dünya

Kanada hərbçilərini Ukraynaya göndərir

Yaxın aylarda Kanada Ukraynaya öz hərbçilərini yollamaq niyyətindədir.

Publika.az-ın məlumatına görə, bu barədə Kanadanın CTV televiziyası hakimiyyətdəki mənbələrə istinadən xəbər yayıb. Amma mənbə bildirib ki, kanadalı əsgərlər hərbi əməliyyatlarda iştirak etməyəcək.

Hazırda Kanada hökuməti hərbçilərin Ukraynaya göndərilməsinin detalları üzərində işləyir. Bu missiyanın əsas məqsədlərindən biri təlimlərin keçirilməsidir. «Ehtimal ki, Kanada artıq regionda olan amerikalı müttəfiqlərlə sıx əməkdaşlıq edəcək» - məlumatda deyilir.

Kanada Ukrayna böhranına görə bəzi Rusiya vətəndaşlarına sanksiya qoyub. Ölkənin Xarici İşlər Nazirliyi bəyan edib ki, Rusiya Ukraynanın ərazi bütövlüyünə və müstəqilliyinə hörmət etməsə, digər tərəfdaşları ilə birgə Moskvaya qarşı iqtisadi və siyasi təzyiqləri davam etdirəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm