Berlində Ukraynanın məsələsi müzakirə olunur
Bizi izləyin

Dünya

Berlində Ukraynanın məsələsi müzakirə olunur

Bu gün Berlində Ukraynanın şərqində atəşkəsin icrası üzrə danışıqlar keçiriləcək.

Publika.az-ın məlumatına görə, danışıqlarda Almaniyanın xarici işlər naziri Frank Volter Şteinmeier, Fransa xarici işlər naziri Laurent Fabius, Rusiya xarici işlər naziri Sergey Lavrov və Ukrayna xarici işlər naziri Pavlo Klimkin iştirak edəcək.

Ukraynanın şərqində rusiyapərəsət silahlılarla hökumət qüvvələri arasında münaqişədə 6 mindən çox adam ölüb. Fevralın ortasında Minskdə atəşkəs sazişi əldə olunsa da, gərginlik qalmaqdadır.

Berlin danışıqları ərəfəsində Şteinmeier Moskva və Kiyevi Minsk sazişinin icrasında tələsməyə çağırıb.

“Moskva və Kiyevdən Minsk sazişinin növbəti mərhələsinin icrasına keçməyi gözləyirik. Növbəti mərhələ separatçıların tutduqları ərazilərdə yerli seçkilərə hazırlıq, həmçinin Ukraynanın şərqində humanitar məsələlərin həlli və bərpa işləridir”, - Şteinmeier “Die Welt” qəzetinə açıqlamasında deyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm