Papa Türkiyəyə cavab verdi
Bizi izləyin

Dünya

Papa Türkiyəyə cavab verdi

Roma Papası Fransisk Ankaranın göstərdiyi sərt reaksiyaya münasibət bildirib.

Axar.az xəbər verir ki, katoliklərin ruhani lideri "Gördüklərimiz və eşitdiklərimizə qarşı səssiz qala bilmərik” cavabını səsləndirib. Türkiyənin Vatikandakı səfirini geri çağırdıqdan sonra “Deutsche Welle”yə açıqlama verən Vatikan rəhbəri "hadisələri adıyla çağırmaq lazım olduğunu" bildirib.

Bu arada Türkiyəyə ikinci zərbə İtaliyanın Xarici İşlər naziri Paolo Gentilonidən gəlib. İspaniyanın Barselona şəhərində qatıldığı bir yığıncaqdan sonra jurnalistlərə açıqlama verən nazir ruhani liderin haqlı qərar verdiyini deyib:

“15 il əvvəl Papa II İohann Pavelin də bənzər ifadələrini hesaba alırsınızsa, türklərin sərt açıqlamaları haqlı görünmür. İtaliya hər zaman 100 il əvvəl şiddətə məruz qalan və acı çəkən erməni xalqı və hökumətinə qarşı həmrəyliyini ifadə edib. “Soyqırım” ilə əlaqədar olaraq isə hər zaman İtalyanın dostları olan Ermənistan və Türkiyəni daha az gərginliyi olan mövzularda bu vəziyyətin maneə təşkil etməməsi üçün dialoqa dəvət edirik”.
Xatırladaq ki, ötən gün Roma Papası “20-ci əsrin ilk soyqırımına ermənilər məruz qalıb” deyə münasibət bildirməklə, 1915-ci ilə aid qondarma erməni soyqırımını tanımışdı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm