Krım tatarı rusları qul adlandırdı - Video
Bizi izləyin

Dünya

Krım tatarı rusları qul adlandırdı - Video

Krım tatarı rusları qul adlandırdı

Bu sözləri Rusiyanın İctimai Televiziyasında Krım tatarlarının Moskva Diaspor Dərnəyinin rəhbəri, yazıçı Ernst Kudusov bəyan edib.

“Axar.az”ın məumatına görə, Kudusovun belə fikir bildirməsinə jurnalistin ona üvanladığı “necə düşünürsünüz, Krım rusdilli əhali və tatarlar arasında hansı şəkildə bölünüb” sualı səbəb olub. Diaspor rəhəri cavabında tarixə nəzər salmağın vacibliyini vurğulayıb: ”Tarixə baş vurmağımız lazım. Əvvəla, Krım tatarları yerli xalqdır, ikinci isə biz repressiyaya məruz qalmışıq. Yəni 1944-ci ildən Krımda bir nəfər belə Krım tatarı qalmamışdı. Heç vaxt qul olub, qul hissləri ilə yaşamadığına görə Stalin bu xalqı repressiya etdi. Stalin isə qulları idarə etməyi sevərdi. Odur ki, onun daha çox ruslar xoşuna gəlirdi – keçmiş qullar, anadangəlmə qullar”.

Kudusov çıxışında Krım tatarları ilə ukraynalıların dost münasibətdə olduğunu, yalnız rusdilli əhalinin Rusiyaya birləşməyi dilədiyini açıqlayıb və əlavə edib ki, onların bu istəklərinə imkan verməyəcəklər. Qeyd edək ki, Ernst Kudosovun fikirləri Rusiya ictimaiyyətində ciddi narazliqla qarşılanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm