“Avropanın ürəyi Kiyevdə döyünür” - Saakaşvili
Bizi izləyin

Dünya

“Avropanın ürəyi Kiyevdə döyünür” - Saakaşvili

“Avropanın ürəyi Brüsseldə, Berlində deyil, Kiyevdə döyünür. Tale Ukraynada həll edilir”.

Publika.Az –ın Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, bu sözləri Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili Maydanda çıxışı zamanı deyib.

M.Saakaşvili ukraynalıların bütün dünyanı təəccübləndirdiyini bildirib: “Siz tarixi yazdınız, dünyanı dəyişdirdiniz. Siz mənim gözləntilərimi, mənim arzularımı da üstələdiniz. Siz bütün dünyaya dərs verdiniz, bütün dünyanı təəccübləndirdiniz. Amma bundan sonra da təəccübləndirmək lazımdır. Bizi bir daha təəccübləndirin. Daimi azad və gözəl Ukraynanı qurun”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm