Türkiyədə böyük əməliyyat başlanır - İddia
Bizi izləyin

Dünya

Türkiyədə böyük əməliyyat başlanır - İddia

Qarşıdakı həftələrdə “28 Fevral” çevrilişi ilə bağlı Türkiyədə böyük bir əməliyyata start veriləcək. Publika.Az –ın “Türkiye” qəzetinə istinadən verdiyi məlumata görə, “28 Fevral” çevrilişi ilə bağlı aparılan istintaq başa çatmaq üzrədir.

Qəzet “28 Fevral” istintaqını aparan 3 prokurorun 17 Dekabrdan sonra ortaya çıxan “paralel dövlət”in həmin dövrdəki funksiyasını da araşdırdırdığını bildirib.

Qeyd edək ki, 1997-ci ildə Türkiyə ordunun həyata keçirdiyi hərbi dövlət çevrilişindən 17 il ötür. 1997-ci il fevralın 28-də keçirilən Milli Təhlükəsizlik Şurasının qərarları o dövrdə Nəcmədin Ərbakan və Tansu Çillerin koalisiyası ilə qurulmuş “Rifah-Yol” hökumətinə bildirilib. Qərarda deyilirdi ki, təriqət məktəbləri nəzarətə götürülməli və Təhsil Nazirliyinin nəzarətinə verilməli, 8 illik təhsil sisteminə keçilməli, Quran kursları nəzarətə götürülməli, vahid təhsil sistemi icra edilməli, təriqətlər bağlanmalı, irtica səbəbilə ordudan qovulan hərbçiləri müdafiə edən və ordunu din düşməni kimi göstərən mətbuat nəzarətə götürülməli, geyim qanununa riayət edilməli, kəsilmiş qurbanların dəriləri dərnəklərə verilməməli, Atatürkün əleyihinə olan bütün işlər cəzalandırılmalıdır.

Fevralın 28-də başlayan bu proses həmin il iyun ayının 18-də baş nazir N.Ərbakanın istefası ilə nəticələnib. Ona siyasətlə məşğul olmaq qadağan olundu, Rifah Partiyası bağlandı.

Hökuməti yenidən qurmaq vəzifəsinin parlamentdə deputat sayına görə 2-ci partiyanın (DYP) sədri olan Tansu Çillərə verilməsi gözlənilsə də, o dövrün prezidenti Süleyman Dəmirəl iyunun 19-da bu vəzifəni ANAP (Ana Vətən Partiyası) sədri Məsud Yılmaza verdi. Qansız həyata keçirilən bu dövlət çevrilişindən sonra növbədənkənar seçkilər keçirildi, nəticədə Bülənd Ecevit (DSP), Dövlət Baxçalı (MHP) və Məsud Yılmaz (ANAP) birlikdə növbəti koalisyon hökumət qurdular.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm