Dünyanın ən yaxşı dostu - FOTOLAR
Bizi izləyin

Dünya

Dünyanın ən yaxşı dostu - FOTOLAR

Çində təhsil alan yuxarı sinif şagirdinə bəlkə də, dünyanın ən yaxşı dostu adını vermək olar. Belə ki, gənc oğlan düz 3 ildir ki, fiziki qüsurlu dostunu çiyinlərində daşıyaraq dərsə aparır.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, 18 yaşlı Xi Xu 19 yaşlı sinif yoldaşı Janq Çi ilə eyni məktəbdə təhsil alır. Janq aşağı ətrafların distrofiyasından əziyyət çəkir.

Onun dostu Xi isə dostundan fərqli olaraq boyu 1,73 metr, çəkisi isə 75 kiloqramdır. Ona görə də, ayaq üstündə dayana bilən Xi əlil yoldaşının dərslərdə iştirak etməsi üçün hər gün onu çiyinlərinə daşıyır.

Məktəbin direktor müavini deyib: “Onların hekayəsi çox təsirlidir. Çünki Xi və Janq qohum deyillər və 3 ildir ki, dostluq edirlər”.

Yeniyetmə oğlanlar məktəb nəzdində yerləşən yataqxanada yaşayırlar. Xi Janqı hər gün yataqxanadan məktəbə çiyinlərində daşıyır. Sonra isə Xi yoldaşına yemək hazırlamaq və paltar yumaq kimi məişət işlərində də yardım edir.

Xi dostunu daşımaqdan şikayətlənmir. O, ən yaxın yoldaşını dərsdən dərsə də daşımağa etiraz etmir. Elə Xinin sayəsində Janq bir dəfə də olsun dərs buraxmayıb. Yoldaşlar bir-birinin sayəsində məktəbdə əla qiymətlərlə oxuyur.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm