Putin: “Rusiya Yuqoslaviya ssenarisinə yaxın idi”
Bizi izləyin

Dünya

Putin: “Rusiya Yuqoslaviya ssenarisinə yaxın idi”

“Şimali Qafqazdakı münaqişə Rusiyanı Yuqoslaviya ssenarisi üzrə apara bilərdi”.

Publika.az RİA informasiya agentlyinə istinadən xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin Ümumxalq Rusiya cəbhəsi media forumunda bildirib.

“Bu yalnız hansısa bir lokal münaqişə deyildi. Məsələ burasındadır ki, bu münaqişə Rusiyanı Yuqoslaviya ssenarisi üzrə apara bilərdi. Və ümumiyyətlə əvvəl buna yaxın idilər”, - Vladimir Putin deyib.

Bundan başqa, prezident Rusiya iqtisadiyyatındakı vəziyyəti şərh edib. O, Rusiya iqtisadiyyatında heç bir kollapsın olmadığını və olmayacağını vurğulayıb. Bununla belə, Putin qeyd edib ki, neftin qiymətinin düşməsindən sonra Rusiya 160 milyard dollar itirib.

Rusiya prezidenti əlavə edib ki, səxsi investisiyaların cəlb edilməsi iqtisadiyyat üçün əsas olmalıdır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm