Putinin ailə dramı: Rusiya prezidenti valideynlərindən yazdı
Bizi izləyin

Dünya

Putinin ailə dramı: Rusiya prezidenti valideynlərindən yazdı

“Russkiy pioner” jurnalında Rusiya prezidenti Vladimir Putinin ailəsi haqqında müəllif yazısı dərc olunub.

Publika.az xəbər verir ki, dövlət başçısı yazısında Böyük Vətən müharibəsi zamanı valideynlərinin həyatı haqqında danışıb.

Putinin sözlərinə görə, atası Sevastopolda dəniz donanmasında əsgərlik edib. 1939-cu ildə ordudan tərxis olunduqdan sonra zavodda işə düzəlib. Müharibə başlananda isə ərizə verərək könüllü cəbhəyə getmək istədiyini bildirib. Müharibədə ağır yaralandıqdan sonra ömrünün sonuna qədər qəlpələrlə yaşayıb və 1998-ci ildə vəfat edib.

Yəqin, hər birimizin həyatında belə hekayələr olub. Amma heç də hamı onları xatırlamır.

"Atam bu haqda danışmağı sevmirdi. Adətən, mən böyüklər bu barədə nə isə danışanda və ya xatırlayanda onların yanında olurdum.

Atam Sevastopolda, sualtı qayıq bölüyündə müddətli xidmət edib. Matros idi. 1939-cu ildə o hərbi xidmətə çağırılıb. Qayıdandan sonra isə zavodda işləyir, anamla Petrodvortskda yaşayıb. Məncə, onlar orada ev də tikmişdilər.

Müharibə başladı. O isə hərbi müəssisədə işləyirdi. Bu isə onu cəbhəyə getməkdən azad edirdi. Lakin o özü əvvəl partiyaya, sonra cəbhəyə getmək haqqında ərizə yazdı. Onu diversiya bölüyünə göndərdilər.

Bu bölük o qədər də böyük deyildi. O danışırdı ki, bölükdə 28 adam olub. Onları körpü, dəmiryol partladırdılar. Amma demək olar ki, hər dəfə ələ keçirdilər. Kimsə satırdı.

Bir dəfə onlar bir kəndə gediblər. Əməliyyatdan qayıdanda həmin kənddə onları faşistlər gözləyib. Lakin onlar gölməçədə bir necə saat gizlənərək izlərini itirə biliblər. Bu müddət ərzində qamışla nəfəs alıblar". Putin bu hekayəni atasının öz danışdıqlarından xatırladığını deyib.

Rusiya prezidentinin sözlərinə görə, atasının qrupunun rəhbəri alman olub. "Sovet vətəndaşı idi - lakin alman. Bu 28 nəfərdən ancaq 4-ü sağ qaldı. 24-ü isə həlak oldu.

Bütün həyatı boyu o, ayağındakı qəlpələrlə yaşadı. Onları çıxarmadılar. Balaca qəlpələrə sümüklərə ziyan vurmamaq üçün toxunmurdular.

Şükür ki, ayağını saxlaya bildilər. Həkim yaxşı idi. Onun ikinci qrup əlilliyi var idi. Əlil kimi ona mənzil vermişdilər. Bu bizim ilk şəxsi evimiz idi. Düzdür, buna kimi biz mərkəzdə yaşayırdıq, veriləndən sonra isə kənara köçdük.

Anam isə yaralananda atama necə baş çəkdiyindən danışıb. Onların 3 yaşlı övladı var idi. Lakin aclq və blokada hökm sürürdü. Atam öz hospital payını da həkimlərdən gizli anama verir, anam isə onu evə gətirib uşağı doyuzdururdu. Atam buna görə aclıqdan huşunu itirməyə başladı. Həkimlər məsələnin nə yerdə olduğunu anladılar və anamı onun yanına buraxmadılar.

Sonra isə uşağı əllərindən aldılar. Bunu azyaşlını aclıqdan xilas etmək üçün edirdilər. Heç valideynlərdən də soruşmurdular.

Anam deyir ki, uşaq orada difteriyaya yoluxdu və öldü. Onun harada dəfn edildiyini belə bizə demədilər".

Putinin sözlərinə görə, ötən il tanımadığı insanlar ona öz təşəbbüsləri ilə qardaşı haqqında arxiv materiallarını təqdim ediblər. Hər şey uyğun idi, ad, atasınına adı, yaşadığı yer, onu haradan apardıqları, doğum ili. Burada onun harada dəfn olunduğu belə qeyd edilmişdi - Piskarevski qəbiristanlığı.

"Uşağı aparandan, anam tənha qalandan sonra gəzməyinə icazə verilən atam evə qayıtdı. Evə gələndə o görüb ki, sanitarlar meyit aparırlar. O, anamı görüb. Yaxınlaşanda onun nəfəs aldığını zənn edib və sanitarlarla belə dialoqu olub:

- O, hələ sağdır.

- Yolda sağ qalmayacaq.

Əlağaclarını onlara atıb və onu geri - mənzilə qaytarıb. Sanitarlar ona "necə istəyirsən. Amma bil ki, biz hələ 3-4 həftə bura gəlməyəcəyik. Özün məşğul olarsan" deyiblər. Anam sağ qaldı və 1998-ci ilə kimi yaşadı".

Rusiya prezidenti qeyd edib ki, blokadadan sonra valideynləri öz yaxınlarının yanına - Tver qubernatorluğuna gediblər. Müharibənin sonuna kimi orada yaşayıblar.

"Atamın ailəsi böyük idi. Onun 6 qardaşı olsa da, 5-i ölmüşdü. Bu, ailə üçün əsl faciədir. Anamın da yaxınları ölmüşdü. Mən gec doğulmuşam. Anam məni dünyaya gətirəndə 41 yaşı var idi.

Elə bir ailə yox idi ki, kimsə ölməsin. Fəlakət, faciə... Ən maraqlısı isə odur ki, onlarda düşmənə nifrət yox idi. Düzünə qalsa, mən bunu hələ də tam anlamıram. Anam çox mehriban insan idi. O deyirdi: "Bu əsgərlərə necə nifrət etmək olar. Onlar sadə insanlardır və müharibədə ölürlər". Biz sovet kitabları, filmləri ilə tərbiyələndirilmişik və nifrət edirdik. Onda isə nə üçünsə bu heç yox idi. Onun sözlərini mən yaxşı yadımda saxlamışam: "Onlardan nə ala bilərik? Onlar da bizim kimi işçilərdir. Sadəcə, onları cəbhəyə qovublar".

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm