İngiltərədə türk narkotik mafiyası çökdürüldü
Bizi izləyin

Dünya

İngiltərədə türk narkotik mafiyası çökdürüldü

İngiltərə təhlükəsizlik gücləri Şimal dənizində narkotik qaçaqmalçılara qarşı əməliyyat təşkil edib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, əməliyyatın gedişatında 3 tondan çox kokain daşıyan bir gəmi ələ keçirilib.

Birləşmiş Krallıqda mütəşəkkil cinayətlərə qarşı mübarizə aparan Milli Cinayət Agentliyindən (NCA) verilən məlumata görə, gəmidəki 9 Türkiyə vətəndaşı saxlanılıb. “MV Hambal” adlı bələdçi gəminin Şotlandiyanın şimal-şərqindəki Aberdin şəhərindən təxminən 160 kilometr uzaqlıqda aprelin 24-də ələ keçirildiyi bildirilir.

Gəmi Aberdin limanına gətirilib. Aprelin 27-də Aberdində hakim qarşısına çıxarılan gəmi heyətinin növbəti məhkəmə iclası keçiriləcək 5 may tarixinə kimi həbsdə saxlanılmasına qərar verilib.

Əməliyyata bağlı danışan NCA-nın müstəntiqi Con Makovan narkotikin Birləşmiş Krallıq tarixində ələ keçirilən ən böyük A sinif narkotik olduğunu bildirib. Kokainin “qara bazar”da potensial dəyərinin 500 milyon sterlinq olduğu deyilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm