Suriyada 13 təşkilat kürdlərə qarşı birləşdi
Bizi izləyin

Dünya

Suriyada 13 təşkilat kürdlərə qarşı birləşdi

Suriyanın Hələb şəhərində 13 silahlı təşkilat YPG-yə (kürd özünümüdafiə qüvvələri) qarşı birləşib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, onların arasında “Əl-Qaidə”nin Suriya qolu olan “Əl-Nüsra” Cəbhəsi də var.

Müxalifət qüvvələrinin birləşmə səbəbi isə YPG-yə bağlı güclər tərəfindən müxalifətdə təmsil olunan bir qadının saxlanılmasıdır. Müxalifət qadını saxlayan şəxslərin mühakimə olunmasını tələb edir.

Müxaliflər birləşdikləri barədə bir video da paylaşıb. Videoda 13 qrupun adından bəyanatı oxuyan müxalifət komandiri problemi dinc yolla həll etməyə, eyni zamanda döyüşməyə hazır olduqlarını açıqlayıb. Müxalifət komandiri bölgədəki problemləri şəriət qaydalarına söykənərək həll edəcək bir komissiyanın da hazır olduğunu ifadə edib.

Qeyd edək ki, Hələbin şimali-şərqində yerləşən və əhalinin əksəriyyəti kürdlərdən təşkil olunan Şeyx Maqsud və Əşrəfiyyə bölgəsi 2012-ci ildən YPG-nin nəzarətindədir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm