
İspaniyanın Sevilya aeroportu yaxınlığında qəzaya
uğrayan hərbi təyyarə ilə bağlı yeni xəbər yayılıb.
ANS PRESS-in məlumatına görə, “A400M” hərbi yük təyyarəsi Türkiyə
Hərbi-Hava Qüvvələri üçün nəzərdə tutulduğu məlum olub.
Türkiyə mətbuatının yazdığına görə, İspaniya baş naziri Mariano
Raxoy bəyan edib ki, təyyarə İspaniya Silahlı Qüvvələrinə məxsus
olmayıb. Türkiyə tərəfi bu təyyarədən 10 ədəd sifariş verib. Hərbi
təyyarə sınaq uçuşları zamanı qəzaya uğrayıb.
Təyyarə günorta saatlarında havaya qalxandan bir az sonra
"Coca-Cola" zavodunun ərazisinə düşüb. Mariano Raxoy açıqlama
vermişdi ki, ölənlər 8-10 nəfərdir.
Lakin son məlumata görə, qəza nəticəsində 4 nəfər ölüb, 2 nəfər isə
ağır yaralanıb.