NASA-dan xəbərdarlıq: Yer kürəsi üçün təhlükə - FOTO
Bizi izləyin

Dünya

NASA-dan xəbərdarlıq: Yer kürəsi üçün təhlükə - FOTO

NASA Yer kürəsi üçün daha bir təhlükə mənbəyini açıqlayıb.

Publika.az xəbər verir ki, kosmik agentliyin apardığı araşdırmaların nəticələrinə görə, Antraktidanın qərbində yerləşən "Larsen B" buz qatının qalan hissəsi 2020-ci ilə qədər əriyib yox olacaq. Antraktidada buz qatlarının sürətlə əriməsi okeanda suyun səviyyəsinin sürətlə yüksəlməsinə səbəb olacaq.

NASA-nın yaydığı açıqlamada bildirilir ki, "Larsen B" buz qatının ətrafında axıntı son illər sürətlənib və buz təbəqəsi parçalanır. Axıntılar böyük buzlaqlarda çatlar əmələ gətirib.

2002-ci ildə "Larsen B" buz qatında qopma nəticəsində təhlükə yaranmışdı və dünya mətbuatının gündəmini zəbt etmişdi. Bu buz qatının 10 min il yaşı var.

NASA sözügedən buz qatının 2002 (solda) və 2012-ci illərdəki fotolarını müqayisəli şəkildə təqdim edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm