Dünya
İŞİD-ə qoşulan 16 yaşlı qız necə xilas olundu? - Film kimi hadisə
Londonun Şərqində yaşayan 21 yaşlı İngiltərə vətəndaşı
Fatimə adlı gənc qızın bir neçə ay öncə Suriyanın İŞİD-in
nəzarətində olan Rakka bölgəsinə getdiyi məlum olub.
Publika.az xəbər verir ki, Fatimə getdikdən sonra Londonda qalmış 16 yaşlı bacısı Aişəni də Rakkaya aparmaq istəyib.
O, bunun üçün bacısı ilə internet üzərindən danışıq aparırmış. Lakin “Daily Mail” qəzeti Fatimənin Suriyaya getdiyini əvvəldən bildiyi üçün onun izini təqib edib. Qəzet müxbirləri Fatimənin öz bacısını də aparmaq istədiyini biləndə məsələni ortaya çıxarmaq qərarına gəlirlər.
Bunun üçün 16 yaşında Y. adlı bir saxta “Twitter” hesabı yaradaraq Fatimə ilə təmasa keçirlər və Suriyaya gəlmək istədiklərini bildirirlər. Fatimə də onlara bacısı Aişəyə qoşulmasını və gəlmələri üçün hansı yollardan keçmək lazım olduğu barədə məlumat verib.
Müxbirlər bu haqda polisə məlumat verir. Polis Aişənin yaşadığı
evə basqın edərək 16 yaşlı qızın Suriyaya getməsinin qarşısını ala
bilib.
İngiltərənin daxili işlər naziri “Daily Mail” qəzetini təbrik
edib.
Asif Nərimanlı
-
Magazin104:44
“Xəbəri eşidəndən ağlayıram” - Mehriban Xanlarova
-
Kriminal04:14
Ananın məşqçi ilə yaxın münasibəti oğlunun ölümü ilə sonlandı: dəhşətli qətlin PƏRDƏARXASI - VİDEO
-
Cənubi Qafqaz03:13
İrəvanda yük maşını etirazçılara ÇIRPILDI
-
ABŞ02:42
Bayden Trampın debat təklifinə CAVAB VERDİ
-
Magazin202:10
“Avroviziya-2024”ün bütün finalçıları məlum oldu
-
Sosial00:45
ƏDV qəbzləri ölüm saçır: mütəxəssisdən XƏBƏRDARLIQ - VİDEO
-
Qoroskop00:30
Günün ULDUZ FALI: ciddi məsələlərə toxunmaq olar
-
Magazin200:15
“Avroviziya-2024”ün ikinci yarımfinalı keçirildi - VİDEO