Rusiya “Mistral”dan imtina etdi
Bizi izləyin

Dünya

Rusiya “Mistral”dan imtina etdi

Rusiya Fransaya sifariş verdiyi iki “Mistral” helikopter daşıyan gəmidən qəti surətdə imtina edib və bundan sonra özü desant gəmiləri istehsal etmək qərarına gəlib.

Hazırda yalnız Rusiya tərəfinin alacağı təzminatın miqdarı müzakirə edilir. Bu barədə jurnalistlərə hərbi sənaye komissiyası kollegiyasının sədr müavini Oleq Boçkaryov məlumat verib.

Rəsmi Moskva “Mistral”sız Rusiyanın müdafiə potensialının zəifləməyəcəyini, bu müqavilələrin yalnız fransalı tərəfdaşlarına dəstək olmaq, yəni onların tərsanələrinin işini təmin etmək üçün imzalandığını bir neçə dəfə bəyan etmişdi. Nəticədə Fransa Ukraynadakı vəziyyətlə bağlı müqaviləni pozmuş və gəmiləri Rusiyaya verməkdən boyun qaçırmışdı.

İndi bunun əvəzinə Paris Rusiyaya təxminən 1,2 milyard avro qaytarmalıdır. Bir qədər əvvəl Fransa 785 milyon avro təklif edib. Qarşı tərəf isə bunun yetərli olmadığını bildirir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm