• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

“Əl-Nüsra” Cəbhəsi kürdlərə müharibə elan etdi

  • Dünya
  • 30 May 2015 08:26
  • 388 Baxış
“Əl-Nüsra” Cəbhəsi kürdlərə müharibə elan etdi

Suriyada Bəşər Əsəd rejiminə qarşı vuruşan silahlı qruplardan olan “Əl-Nüsra” Cəbhəsi PKK terror təşkilatının Suriya qolu olan PYD-yə qarşı müharibə elan edib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, silahlı qrup bununla bağlı bəyanat yayıb.

Ötən günlərdə Hələb vilayətinin Şeyx Meksud bölgəsində bir qadına PYD silahlıları tərəfindən hicab açılaraq təcavüz edildiyi iddiaolunmuşdu. “Əl-Nüsra” Cəbhəsi günahkarların onlara verilməsini tələb edərək PYD-yə 48 saat müddət vermişdi. Bu gün günorta saatlarında verilən vaxt başa çatsa da PYD tələb olunan şəxsləri verməyib.

PYD-nin edilən tələbi geri çevirməsi “Əl-Nüsra” Cəbhəsinin müharibə elanı ilə nəticələnib.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR