Dünya
Gürcüstan parlamentindən ŞOK QƏRAR
Gürcüstan parlamenti yaxın günlərdə marixuananın leqallaşdırılması məsələsinə baxacaq. Müvafiq qanun layihəsi 28 mayda qanunverici orqana təqdim olunub.
Axar.az Qruziya online-a istinadən xəbər verir ki, bu barədə təklifi parlament azlığının nümayəndəsi olan millət vəkili irəli sürüb. Təşəbbüskarın iddiasına görə, marixuana və çətənənin həkim resepti olmadan hazırlanması, alınması, saxlanması və istifadəsi cinayət əməli hesab olunmayacaq. Bununla yanaşı, deputat təklif edir ki, narkotik istifadəsi üçün nəzərdə tutulmuş cərimə 500 laridən 100 lariyə endirilsin.
Qanunsuz elan edilmiş marixuana Gürcüstanın bir çox ərazilərində yabanı şəkildə yetişir və demək olar ki, 2006-cı ilə qədər bütün rayon və kəndlərdə açıq şəkildə istifadə olunub. “Liberal” deputatın sözlərinə görə, Gürcüstanın üçüncü prezidenti Mixail Saakaşvili cinayətkarlıqla mübarizə çərçivəsində narkotikdən istifadəni cinayət əməli kimi təsbitləmişdi.
Daha öncə Gürcüstan Parlamenti narkotik maddələrlə bağlı cinayət əməllərinin cəzasının yüngülləşdirməsini nəzərdə tutan qanuna edilən dəyişiklikləri – satış istisna olmaqla – birinci oxunuşda qəbul etmişdi.
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 11:55
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu