Poroşenkodan Rusiyaya mesaj: “Buna imkan verməyəcəyəm”
Bizi izləyin

Dünya

Poroşenkodan Rusiyaya mesaj: “Buna imkan verməyəcəyəm”

Ukrayna prezidenti Pyotr Poroşenko Donetsk və Luqansk vilayətlərinin müstəqilliyi haqqında referendumun keçirilməsinə imkan verməyəcəyinə söz verib.

Publika.az Ukrayna mediasına istinadən xəbər verir ki, dövlət başçısı bu mövzunu təxribat adlandırıb.

“Mən prezident və Ali Baş Komandan kimi Konstitusiya və Ukraynanın ərazi bütövlüyünün qarantıyam. Donetsk və Luqansk vilayətlərinin ayrılması ilə bağlı referendumun keçirilməsinə imkan verməyəcəyəm”, - Poroşenko Kiyevdə keçirdiyi mətbuat konfransında bildirib.

O, sözügedən vilayətlərin yerli muxtariyyət rejimini qəbul etdiklərini deyib. Poroşenko əlavə edib ki, bu mütləq Ukrayna ərazi bütövlüyü prinsipinə uyğun olmalıdır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm