İŞİD-dən xilas olan qadınlar sevinclərindən soyundular - FOTOLAR\VİDEO
Bizi izləyin

Dünya

İŞİD-dən xilas olan qadınlar sevinclərindən soyundular - FOTOLAR\VİDEO

İŞİD-in nəzarəti altında olan əraziləri tərk edən qadınlar sevinclərini özünəməxsus şəkildə qeyd ediblər.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, qadınlar terrorçu qrupdan canlarını qurtararaq kürdlərin nəzarəti altında saxlanılan ərazilərə keçib. Bu münasibətlə uşaqlar və qadınlar sevinərək baş örtüyünü, əyinlərindəki üst geyimi çıxarmaqla qeyd ediblər.

Kobani şəhəri yaxınlığında yerləşən Tel Abyad şəhərinə köç edən qaçqınların sevincini jurnalist Cek Şanine videoya çəkib. O deyib: “Bu qadın, kişi və uşaqlar İŞİD-in nəzarət altında saxladığı əraziləri tərk edərək Kürd XQB (Xalq Qoruma Birliklər) ərazisinə gəlib. Qadınlar İŞİD tərəfindən məcbur edilən qara çadralarını çıxararaq azadlıqlarını qeyd edir”.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm