Ermənistanda kütləvi zəhərlənmə olub
Bizi izləyin

Dünya

Ermənistanda kütləvi zəhərlənmə olub

Ermənistanın Çambarak şəhərində tut ağacının meyvəsindən kütləvi zəhərlənmə olub.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, zəhərlənənlərin sayı 50 nəfəri ötüb.

Həkimlər tut meyvəsinin eyni şəxs tərəfindən satıldığını müəyyən ediblər. Zəhərlənənlərdən 10-u uşaqlardır. Zəhərlənənlərdən 32-nin vəziyyəti orta-ağır qiymətləndirilir. Səhiyyə Nazirliyinin tapşırığı ilə şəhərə həkimlərdən ibarət mütəxəssislər qrupu göndərilib.

Kütləvi zəhərlənmənin səbəblərinin müəyyənləşdirilməsi üçün laboratoriya tədqiqatları aparılır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm