Türkiyənin İŞİD siyasətində dəyişiklik olacaq – RƏY
Bizi izləyin

Dünya

Türkiyənin İŞİD siyasətində dəyişiklik olacaq – RƏY

Türkiyədə keçirilən parlament seçkilərinin nəticələri ölkənin xarici siyasətində ehtimal olunan dəyişiklikləri gündəmə gətirib.

Publika.az xəbər verir ki, “Hürriyət” nəşrinə danışan ekspertlər təkpartiyalı iqtidar dövrünün başa çatmasından sonra Türkiyənin xüsusilə Suriya siyasətində dəyişikliklərin ola biləcəyinə diqqət çəkiblər.

İstanbul Kültür Üniversitetinin professoru Mənsur Akgün hesab edir ki, Xalqların Demokratik Partiyasının (HDP) siyasət səhnəsinə bu şəkildə daxil olması ilə daxil siyasətdə olduğu qədər xarici siyasətdə də dəyişikliklərə gətirib çıxaracaq. Onun sözlərinə görə, HDP-nin təmsil olunduğu bir hökumət koalisiyası qurulsa, İŞİD terror təşkilatına qarşı mübarizədə aparılan siyasətdə dəyişikliklərin edilməsi qaçılmaz olacaq. Mənsur Akgün Suriya siyasətində də dəyişikliklərin ediləcəyini düşünür.

“Artıq xarici siyasət mövzusunda hökumətdən hegemonluq xarakterli bəyanatları gəlməyəcək. Yəni, “Yaxın Şərq bizdən soruşulur. Biz onların himayəçisiyik” şəklindəki üslub dəyişəcək. Amma xarici siyasətdə radikal dəyişiklikləri gözləmək lazım deyil”, - Mənsur Akgün deyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm