Gəmi qəzası qurbanlarının sayı 434 nəfərə çatıb
Bizi izləyin

Dünya

Gəmi qəzası qurbanlarının sayı 434 nəfərə çatıb

İyunun 1-də Yansızı çayında “Şərq ulduzu” gəmisinin qəzaya uğraması nəticəsində həlak olanların sayı 434 nəfərə çatıb. Xilasedicilər suyun dibindən daha 3 nəfərin cəsədini çıxarıblar. Hadisə zamanı sərnişin və heyət üzvlərindən cəmi 14 nəfər xilas ola bilib, daha 8 nəfər isə itkin düşmüş hesab olunur.

İyunun 5-də axşam saatlarında üzən qaldırıcı kranlar vasitəsi ilə gəmi su üzərinə qaldırılıb. Çayın yatağında isə cəsədləri saxlamaq üçün xüsusi tor quraşdırılıb. Hazırda axtarış əməliyyatları davam edir.

Xatırladaq ki, Nankin şəhərindən Çuntsinə yollanan “Şərq ulduzu” sərnişin gəmisi iyunun 1-də qasırğaya düşərək batıb. Hadisə zamanı dörd göyərtəli gəmidə 456 nəfər olub. Onların çoxu turist gəzintisinə çıxmış yaşlı insanlar idi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm