Yəhudi forumundan Kremlə mesaj: “Krım mütləq qaytarılacaq”
Bizi izləyin

Dünya

Yəhudi forumundan Kremlə mesaj: “Krım mütləq qaytarılacaq”

Vaşinqtona işçi səfər edən Ukraynanın baş naziri Arseniy Yasenyuk buradan Moskvaya mesaj göndərib.

Publika.az “Unian.net” saytına istinadən xəbər verir ki, baş nazir Amerika Yəhudi Komitəsinin qlobal forumunda Kiyevin Donbas hövzəsi və Krım üzərində nəzarəti mütləq qaytaracağını bildirib.

“Biz əminik ki, Donetsk, Luqansk və Krım üzərində nəzarətimizi qaytaracağıq. Biz ərazimizə nəzarət edəcəyik”, - Arseniy Yasenyuk vurğulayıb.

Ukraynanın baş nazirinin sözlərinə görə, ABŞ və Avropa Birliyi ölkələrinin birliyi istənilən təcavüzkar və istənilən təcavüzə qarşı ən yaxşı cavabdır: “Dünya nizamını partlatmaq və İkinci dünya müharibəsindən sonra yeni sərhədlər çəkmək istəyənlər, demokratiyaya və bizim millətlərimizə hörmət etməyənlər bizim düşmənlərimizdir. Onlara vahid və güclü cavab lazımdır”.

Qeyd edək ki, fevralın 12-də Minskdə “Normandiya dördlüyü”nün (Rusiya, Ukrayna, Almaniya və Fransa) danışıqlarının nəticəsi olaraq Donbasda atəşin dayandırılması, ağır silahların cəbhə xəttindən aparılması və təhlükəsizlik zonasının yaradılmasının yer aldığı razılaşma imzalanıb. Lakin razılaşma hazırda bir kağız parçasına çevrilib. Son olaraq bir neçə gün bundan əvvəl Donetsk vilayətinin Marinka şəhəri ətrafında gedən şiddətli döyüşlərdə hər iki tərəfdən onlarla döyüşçünün öldüyü bildirilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm