İŞİD-in hücum əməliyyatları Dəməşqdən idarə olunur - İDDİA
Bizi izləyin

Dünya

İŞİD-in hücum əməliyyatları Dəməşqdən idarə olunur - İDDİA

Suriya müxalifətinin silahlı qrupları Hələbin mərkəzində Bəşər Əsəd güclərinə qarşı “Hələbin Fəthi” adlı birgə əməliyyat otağı yaradıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, əməliyyat otağının komandiri təyin olunan Əbu Arif İŞİD terror təşkilatının onlara hücumu ilə əlaqədar planlarında dəyişiklik etdiklərini söyləyib.

Əbu Arif hərbi güclərin əhəmiyyətli hissəsinin Hələbin çöl hissəsinə İŞİD-lə mübarizəyə göndərildiyini, buna görə də Hələb əməliyyatını təxirə salmaq məcburiyyətində qaldıqlarını bildirib. Onun sözlərinə görə, İŞİD ilə Əsəd arasında əməkdaşlığın olmasına artıq kimsənin şübhəsi qalmayıb. O, İŞİD-in Hələbə hücum əməliyyatlarının Dəməşqdən idarə olunduğunu dilə gətirib.

Müxalifət komandiri Hələb çölündə İŞİD-in irəliləyişinin davam edəcəyi halda yardım yollarının tamamilə kəsiləcəyini və Hələbin mərkəzində həyata keçirəcəyi hücumlar zamanı arxadan vurulma təhlükəsinin artacağını ifadə edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm